BƏXTİYAR ƏLİYEV AZTV-Nİ MƏHKƏMƏYƏ VERMƏDİYİNİ DEYİR

Millət vəkili Bəxtiyar Əliyev AzTV-ni deyil, yol polisini məhkəməyə verdiyini bildirir.

Belə ki, yol polisi millət vəkili Bəxtiyar Əliyevin avtomobilini saxlayıb və bu faktla bağlı  kadrlar yol hərəkatı pozuntu faktı kimi AzTV-də nümayiş etdirilib. Buna görə, B.Əliyev Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Yol Polis İdarəsi və Azərbaycan Teleradio Verilişləri Şirkətini (AzTV) məhkəməyə vermişdi. Dünən (27 avqust) B.Əliyevin şikayəti üzrə Yasamal Rayon Məhkməsində hakim Elçin Qurbanovun sədrliyi ilə iddiya məhkəmə baxışı keçirilib.
Lakin “Bakı Xəbər” qəzetinin bu günkü (28 avqust) sayında B.Əliyevin AzTV-ni məhkəməyə verməsi barədə məlumatın yalnış olduğu bildirib.
Previous Post

BU GÜN NAXÇIVANDA ÜÇ JURNALİST DÖYÜLÜB

Next Post

İTV-NİN ÜÇ YAŞI TAMAM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.