“NOTA” QƏZETİNƏ QARŞI ÜÇ İDDİA ƏRİZƏSİ NİZAMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Bu gün (02 iyun) Xətai rayon Məhkəməsində “Nota” qəzetinə qarşı xüsusi ittiham qaydasında qaldırılmış üç iddia üzrə iş hazırlıq iclası keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qəzetin baş redaktor əvəzi Sərdar Əlibəylli məlumat verib. “Daxili Qoşunların (DQ) komandanı general-leytenant Zakir Həsənovun iddiasına hakim Habil Məmmədovun, DQ komandanının müavini general-mayor Fəxrəddin Səmədovun iddiasına hakim Leyla Talıbovanın, DQ-nin şəxsi heyət üzrə kadrlar şöbəsinin rəisi, polkovnik Nəsir Hüseynovun iddiasına isə hakim Səadət Səlimovanın sədrliyi ilə hazırlıq iclası keçirildi. Hər üç hakim “Nota” qəzeti redaksiyasının Nizami rayonu ərazisində yerləşdiyini əsas gətirərək, iddiaların Nizami rayon məhkəməsinə göndərilməsinə qərar verdilər” – deyə S.Əlibəyli bildirib.
Xatırladaq ki, hər üç iddiaçı “Nota” qəzetinin son saylarında Daxili Qoşunlarla bağlı yazılarda şərəf və ləyaqətlərini ləkələyən  və onları nüfuzdan salan məqalələr dərc edildiyini iddia edərək, Sərdar Əlibəyli barədə Cinayət Məcəlləsinin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) xüsusi ittiham qaydasında məhkəməyə müraciət ediblər.
Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB

Next Post

ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ QEYRİ-MÜƏYYƏN VAXTA QƏDƏR TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.