MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB

“Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovun səhhəti pisləşib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin yaxın qohumu Cavidan Hüseynov məlumat verib.

Onun dediyinə görə, şənbə günü (30 may) görüşdə M.Hüseynov ona səhhətinin pisləşdiyini, kor bağırsağında və ürəyində olan ağrılardan şikayətləndiyini bildirib: “Müşfiq Hüseynov saxlanma şəraitindən narazı deyil. Narahatlığı ancaq səhhəti barədədir.”
     Qeyd edək ki, səhhəti ilə əlaqədar cəzasının qalan hissəsindən azad edilməsi barədə Əzizbəyov rayon Məhkəməsinə müraciət etsə də, mayın 27-də keçirilən məhkəmə prosesində M.Hüseynovun müraciəti qəbul edilməmişdi.
     Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Previous Post

MƏTBUAT ŞURASINA QARŞI İDDİAYA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLƏCƏK

Next Post

“NOTA” QƏZETİNƏ QARŞI ÜÇ İDDİA ƏRİZƏSİ NİZAMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.