ÜÇ NÜFUZLU BEYNƏLXALQ TƏŞKİLAT PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

“Human Rights Watch”, “Article 19” və “İnternational PEN” təşkilatı bloqçular Emin Milli və Adnan Hacızadənin məhkəməsinə hazırlıq iclasının başladığı gün – sentyabrın 4-də Azərbaycanın prezidenti İlham Əliyevə məktub göndərib. Bu üç təşkilatın müraciətində bloqçuların həbsindən ciddi narahatlıq ifadə olunur:

Məktub müəllifləri bloqçuların həbsinin təsadüf etdiyi vaxta da diqqət çəkir, onların hakimiyyətə qarşı yönəltdikləri satiradan az sonra tutulmasından narahat olduqlarını bildirirlər:  “Biz qeyd etmək istəyirik ki, Azərbaycanda fikir azadlığı ciddi təhlükə altına düşüb. Müxtəlif yollarla insanlar və fərqli fikirlər yayan media orqanları susdurulur. Jurnalistlər, media təmsilçiləri peşəkar fəaliyyətlərinə görə zorakılığa, təzyiqlərə məruz qalırlar. Müstəqil və müxalifət yönümlü jurnalistlər – Qənimət Zahid, Eynulla Fətullayev, Müşfiq Hüseynov həbsdədir, Novruzəli Məmmədov isə həbsdə dünyasını dəyişdi. 2005-ci ildə qətlə yetirilən Elmar Hüseynovun qatilləri hələ də tapılmayıb.”
“Human Rights Watch”, “Article 19” və “International PEN” məktubun sonunda bir daha prezident İlham Əliyevi Azərbaycanın götürdüyü öhdəliklərə, İnsan Haqları üzrə Avropa Konvensiyasına uyğun şəkildə Emin Milli və Adnan Hacızadənin məhkəməsinin azad keçirilməsi üçün təcili və konkret addımlar atmağa çağırırlar.
Məktubun tam mətni ilə http://www.article19.org/pdfs/letters/azerbaijan-letter-regarding-emin-milli-and-adnan-hajizade.pdf   linkində tanış olmaq olar.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarmışdı. İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittihamı üzrə cinayət işinə Səbail rayon məhkəməsində  baxılır.

Previous Post

İSVEÇ İCTİMAİYYƏTİ GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI TƏLƏB EDİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.