Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Km51EXEX4Hl5

Martın 18-də Nəsimi Rayon Məhkəməsində «Yeni Müsavat» qəzetinin  köşə  yazarı Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması üçün istintaq orqanının verdiyi vəsatətə baxılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna jurnalistin vəkili Akif Əlizadə məlumat verib.

Vəkil bildirdi ki, məhkəmə vəsatəti təmin edib və Tofiq Yaqublunun həbs müddəti iki ay uzadılıb.

Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya məhkəməsi 8 fevral 2013-cü  il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.

Previous Post

Bəyanat: Apellyasiya Məhkəməsi “Xəyal TV”nin jurnalistlərinə bəraət versin

Next Post

Jurnalistin qəzetə qarşı şikayəti təmin edilmədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.