Bəyanat: Apellyasiya Məhkəməsi “Xəyal TV”nin jurnalistlərinə bəraət versin

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Xəyal TV”nin əməkdaşları-Vüqar Qonaqov və Zaur Quliyevin şərti azadlığa buraxılmasını  təqdirəlayiq hesab edir.  Lakin RATİ  qeyd edir ki,  hazırda ifadə azadlığı ilə bağlı 7 jurnalist siyasi motivli ittihamlarla həbsdə qalmaqdadır.  RATİ 7 jurnalistin həbsdə olması və 2 jurnalistin üzərindən cəzasının götürülməməsindən narahatlığını ifadə edərək hökuməti  onları dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

Qeyd edək ki, Qonaqov və Quliyev 1 mart 2012-ci ildə Qubada kütləvi iğtişaşları törətməkdə təqsirli bilinərək martın 13-də əsassız olaraq həbs olunublar.  Martın 15-də Xaçmaz Rayon Məhkəməsi jurnalistləri Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə təqsirli bilmiş və barələrində həbs qətimkan tədbiri seçmişdir.

RATİ jurnalistlərin təqsirli hesab olunması qərarını pisləyir və Apellyasiya məhkəməsini jurnalistlərə bəraət verməyə çağırır.

RATİ jurnalistlərə şərti cəzanın verilməsini qınayaraq, bunu ifadə və informasiya azadlığının pozulması, həmçinin mətbuata təzyiq kimi qiymətləndirir.

“Biz Qonaqov və Quliyevin azad olunmasından məmnunuq, ancaq onların hələ də təqsirli hesab olunmasından narahatıq. Jurnalistlərin təqsirli hesab olunması barədə qərar ləğv edilməli və hakimiyyət fundamental hüquqlarını həyata keçirdiklərinə görə  vətəndaşların təqibinə son qoymalıdır”,- deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ xatırladır edir ki, hazırda 7 jurnalist siyasi motivli ittihamlarla həbsdədir. Həmin jurnalistlər Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, müstəqil jurnalist Fərəməz Novruzoğlu, Tolışo-Səda “ qəzetinin baş redaktoru Hilal Məmmədov, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu,  müstəqil jurnalist Fuad Hüseynov, “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev, Xəbər44.com saytının rəhbəri Araz Quliyevdir.

RATİ onu da qeyd edir ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10).

RATİ hökuməti ifadə azadlığı da daxil olmaqla fundamental hüquqlarını həyata keçirmələri ilə bağlı olaraq həbs edilmiş bütün jurnalistləri qeyd-şərtsiz azad etməyə çağırır.

Previous Post

RATİ Prezident Administrasiyası rəhbərinin QHT əleyhinə nitqini pisləyir

Next Post

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.