MİLLƏT VƏKİLİNİN AZTV VƏ BDYPİ-Ə QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ DAVAM EDİB

Bu gün (10 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə  millət vəkili Bəxtiyar Əliyevin Baş Dövlət  Yol Polis İdarəsi (BDYPİ) və Azərbaycan   Dövlət Teleradio Şirkətinə qarşı (AzTV) qaldırdığı  iddia əsasında növbəti  məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçının vəkili Altay Muradov, cavabdeh Ramazan Mütəllibovun vəkili Ədalət Sadıqov, Yol Polis İdarəsinin nümayəndəsi   Faiq Əliyev və  AzTV-nin nümayəndəsi Sədrəddin İsgəndərov iştirak edirdi.
Ramazan Mütəllibov məhkəmə pridmetinə çevrilmiş AzTV-də nümayiş etdirilən görüntülərlə bağlı şərhin verilməsi  tapşırığının ona rəhbərlik tərəfindən verildiyini qeyd etdi. Görüntülərin isə yol hərəkatı qaydasını nizamlamaq üçün BDYPİ-nin Bakı şəhərində yaratmış olduğu vahid idarəetmə sistemindən qəbul edildiyini bildirdi.
AzTv-nin nümayəndəsi İsgəndərov isə bildirdi ki, Dövlət Teleradio Şirkəti  bu proqramı BDYPİ-nin qərarı ilə yayımlayır.
Hakim Qurbanov tərəfləri dinlədikdən sonra növbəti prosesi  sentyabrın 11-i saat 10:00 təyin etdi.
Qeyd edək ki, yol polisi AzTv-də mütəmadi olaraq Bakı şəhərində yol hərəkatı qaydasının pozulmasına dair Ramazan Mütəllibovun şərhi ilə süjetlər nümayiş etdirir. Belə süjetlərin birində   millət vəkili Əliyevin avtomobili də nümayiş olunub və millət vəkili bu addımı şəxsiyyətinin alçaldılması və təhqir edilməsi kimi dəyərləndirərək məhkəməyə müraciət edib.

Yeri gəlmişkən onu da qeyd edək ki, bir neçə gün bundan əvvəl Əliyev AzTV-ni məhkəməyə vermədiyini demişdi. Amma bu gün proses zamanı məlum oldu ki, AzTV-nin də adı cavabdehlər sırasındadır.

Previous Post

“BAKI ZAMAN” QƏZETİ OFİSSİZ QALA BİLƏR

Next Post

SABAH BMM-DƏ SEMİNAR OLACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.