TONİ BLEYER GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın sabiq baş naziri, Leybonistlər Partiyasının lideri Toni Bleyer  gənc bloqçular Adnan Hacızadə və Emin Millinin  (Abdullayev) həbs olunmasına münasibət bildirib. O, keçirdiyi mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq vurğulayıb ki, gənclərin həbsi ilə bağlı Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı tam dəstəkləyir.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi gənc bloqçuların həbs olunmasına sərt mövqe bildirərək, Azərbaycan hakimiyyətini ədalətli qərar çıxarmağa çağırmışdı.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

“RUH” AZƏRBAYCAN JURNALİSTLƏRİNİN MÜDAFİƏ KOMİTƏSİ SORĞU KEÇİRİB

Next Post

XARİCİ İŞLƏR NAZİRLİYİ “EURONEWS” KANALINA ETİRAZ MƏKTUBU GÖNDƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.