RATİ YENİ MEDİADA ETİK VƏ HÜQUQİ QAYDALAR MÖVZUSUNDA TƏLİM KEÇİRİB

Avqustun 22-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun
təşkilatçılığı ilə Yeni mediada etik və hüquqi qaydalar mövzusunda təlim
keçirilib.

Region gəncləri üçün təlimi RATİ sədri Emin Hüseynov, İnternational Media
Support təşkilatının Proqram rəhbəri Gülnarə Axundova, və hüquqşünas Günay
İsmayılova keçib. Təlimin 1-ci sessiyası zamanı rəqəmsal mediada etik qaydalara
əməl edilməsi, Xalq jurnalistikasının həyata keçirilməsi zaman əməl edilməli olan
etik qaydalar mövzusunda təlim iştirakçılarına məlumat verilib. Təlimin 2-ci
sessiyasında isə Medianın, xüsusilə rəqəmsal medianın hüquqi tənzimlənməsi,
Yeni medianın hüquqi tənzimlənməsi beynəlxalq təcrübədə barədə müzakirələr
aparılıb. Təlim zamanı təlim iştirakçıları təlimin mövzusunu əhatə edən kazuslar
həll ediblər.
Təlim İREX və İnternational Media Support Təşkilatının maliyyə dəstəyi ilə
həyata keçirilib.
Previous Post

YENİ MEDİADA ETİK VƏ HÜQUQİ QAYDALAR.

Next Post

JURNALİST VƏFA NAĞININ TƏZYİQƏ MƏRUZ QALMASI FAKTI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.