JURNALİST VƏFA NAĞININ TƏZYİQƏ MƏRUZ QALMASI FAKTI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (22 avqust) Yasamal rayon məhkəməsində hakim Abbas Rzayevin
sədrliyi ilə jurnalist Vəfa Nağıya (Nağıyeva) qarşı fiziki təzyiq göstərmiş Samir
Mustafayevə qarşı CM-nin 221-ci maddəsi (xuliqanlıq) ilə irəli sürülmüş ittiham üzrə
məhkəmə baxışı keçirilib.

Prosesdə ittihamçı Vəfa Nağı, cavabdeh Samir Mustafayev və vəkili Mahir
Quliyev, eləcə də dövlət ittihamçısı Ceyhun Kazımov iştirak edirdilər.
Samir Mustafayev ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli
bildiyini deyərək, jurnalisti döymədiyini bildirib.
Jurnalist Vəfa Nağı bunun doğru olmadığını və Mustafayevin nalayiq
təhqirlərinə və fiziki hücumuna məruz qaldığını məhkəməyə bildirib.
Daha sonra cavabdeh tərəfin şahidləri məhkəmə zalına dəvət edilib, lakin onların
prosesə gəlmədikləri bəli olub.
Hakim A. Rzayev şahidlərin məhkəmədə iştirak edib ifadə verməsi üçün prosesi
5 sentyabr saat 12:15-ə təyin etdi.
Xatırladaq ki, may ayının 23-də Reportyorların Azadlıq və Təhlükəsizlik
İnstitutunun (Obyektiv.tv) əməkdaşı Vəfa Nağı (Nağıyeva) axşam saat 21:30
radələrində ingilis dili kursundan Bakının Yasamal rayonu ərazisində kirayə qaldığı
mənzilə gedərkən, məhəllədə Samir kimi tanınan şəxs tərəfindən nalayiq təhqirlərə və
fiziki hücuma məruz qalıb. Hadisədən dərhal sonra V.Nağı şikayət ərizəsi ilə Yasamal
rayon 28-ci Polis bölməsinə müraciət edib. Zərərçəkən müxbirin ərizəsi qəbul olunub və
aldığı bədən xəsarətlərini təsdiqləmək üçün tibbi ekspertizadan keçirilib.
Previous Post

RATİ YENİ MEDİADA ETİK VƏ HÜQUQİ QAYDALAR MÖVZUSUNDA TƏLİM KEÇİRİB

Next Post

JURNALİST FƏRƏMƏZ NOVRUZOĞLU 4 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.