İfadə Azadlığı Təşəbbüsü birliyi və DW-AKADEMIE-nin təşkilatçılığı ilə RATİ-də keçirilən “İnternet İdarəçilik Forumunun işıqlandırılması” adlı beş günlük təlim sona çatıb. Təlimi DW-AKADEMIE –nin layihə meneceri Toma Tasovac və təlimçi Sonia Phalnika aparıb.
Təlimin sonunda iştirakçılara sertifikatları layihə meneceri Toma Tasovac təqdim edib. RATİ sədri Emin Hüseynov və İnternational Media Support təşkilatının Proqram rəhbəri Gülnarə Axundova internet idarəçiliyi forumu ilə bağlı təlimi uğurla başa vuran media mənsublarını təbrik edərək onlara uğurlar arzulayıblar.