İDRAK ABBASOV ONA QARŞI SON TƏZYİQLƏRLƏ BAĞLI POLİSƏ DƏVƏT EDİLİB

Avqustun 28-dən 29-a keçən gecə jurnalist İdrak Abbasova məxsus, yaşadığı evin yanında saxladığı  “Opel Astra” markalı avtomobilinə müdaxilə olunması faktı ilə 40-cı Polis Bölməsində araşdırmala başlanılıb. Bu barədə polisə dəvət edilən jurnalistin özünə məlumat verilib. Habelə hadisə ilə bağlı Daxili İşlər Nazirliyində 18 aprel hadisələri ilə bağlı yaradılmış  istintaq qrupunun rəhbəri Tofiq Nəbibəyli jurnalistə zəng edərək son hadisə barədə məlumat alıb.

“Tofiq müəllim “Azadlıq” radiosuna bildirib ki, güya mən məni döyənləri tanımıram. Amma mənə hələ heç kimlə üzləşmə keçirilməyib. Eyni zamanda mən ərizə və izahatlarımda məni döyən şəxslərin əlamətlərini göstərmişəm, onları görəcəyim təqdirdə tanıyacağımı bildirmişəm. Mən bu barədə də etirazlarımı Tofiq müəllimə çatdırdım və o iş materiallarında gedən digər zərərçəkənlərlə məni səhv saldığını dedi”, – deyə İ.Abbasov qeyd etdi.
Belə ki, bu İ.Ababsovun avtomobilinə artıq eyni saatda son 15 gündə  baş verən üçüncü  haldır və onu qarşı aparılan hədə-qorxu kampaniyasının bir hissəsidir.
 Xatırladaq ki, İ.Abbasov aprelin 18-də Binəqədi rayon Sulutəpə yaşayış massivində ARDNŞ əməkdaşlarının yaşayış evlərinin söküntüsü zamanı çəkiliş apararkən qəddarlıqla döyülüb. Onun sağ gözü zədələnib, iki qabırğası, daxili orqanları da zədələnib və jurnalist bu gün də müalicəsini davam edir. Hadisə ilə bağlı cinayət işinə başlansa da, kimsə məsuliyyətə cəlb olunmayıb. Amma bu dövr ərzində jurnalistə və ailə üzvlərinə qarşı təzyiqlər səngiməyib.

Previous Post

İNTERNET İDARƏÇİLİK FORUMU ÜZRƏ TƏLİM SONA ÇATDI

Next Post

OMBUDSMAN APARATI NÜMAYƏNDƏLƏRİ HƏBSDƏ OLAN ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.