JURNALİSTLƏR ÜÇÜN TƏLİM KEÇİRİLƏCƏK

IREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) Mediaya yardım Layihəsi Amerika Hüquqşünaslar Assosiasiyası (ABA ROLİ) ilə birlikdə Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə jurnalistlər və hüquqşünaslar üçün bir günlük təlim keçir.

Təlim “Məhkəməyəqədər proseslərin və məhkəmə işlərinin mediada işıqlandırılması” mövzusunda, Azərbaycan Media Mərkəzində 29 Avqust 2009-cu ildə keçiriləcək.
Təlimləri təcrübəli dörd mütəxəssis – Hüquqşünaslar İsaxan Aşurov və Ələsgər Məmmədli, habelə, jurnalistika sahəsində tanınmış professor Zeynal Məmmədli və “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova aparacaq. Təlimlərdə məhkəməyəqədərki və məhkəmə zamanı hüquqi işlərin  Azərbaycan mediasında işıqlandırılması zamanı yaranan problemlərdən, buraxılan səhvlərdən, habelə bunların aradan qaldırılmasından bəhs ediləcək, müxtəlif təcrübələr haqqında bilgi veriləcək. Eyni zamanda auditoriyanın yarısı hüquqşünaslardan, yarısı jurnalistlərdən ibarət olduğu üçün maraqlı müzakirələr, diskussiyalar təşkil ediləcək, interaktivlik təmin olunacaq. Təlimlərdə müxtəlif materiallarla bərabər “Jurnalistin Hüquq Məsləhətçisi” kitabı da pulsuz olaraq iştirakçılara paylanacaq.
Təlimlərdə 40 nəfərin (20 nəfər hüquqşünas, 20 nəfər jurnalist) iştirakı nəzərdə tutulur.
Təlim 2009-cu il Avqust ayının 29-da, şənbə günü saat 10:00-17:00 arasında keçiriləcək. Təlimlərdən sonra iştirakçılara sertifikat təqdim ediləcək.    
Təlim aşağıdakı ünvanda keçiriləcək:    
Azərbaycan Media Mərkəzi
Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 218

Təlimlərdə iştirak etmək istəyən jurnalistlər öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün təlimlərin koordinatoru Şahin Abbasovla əlaqə saxlamanız xahiş olunur.
Şahin Abbasov,
 e-mail: sh.abbasov@gmail.com
Telefon: 050 225 82 70.         

Previous Post

“TOLIŞİ-SƏDO” QƏZETİNİN BAŞ REDAKTORU NOVRUZƏLİ MƏMMƏDOV HƏBSXANADA DÜNYASINI DƏYİŞDİ

Next Post

SABAH MAHAL İSMAYILOĞLUNUN APELYASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.