Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil məhkəmənin ərizəni qəbul etdiyini və apelyasiya şikayətinə 19 avqust saat 11:00-da hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baxılacağını bildirdi.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında 2008-ci il iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılmışdı. 1 iyul 2009-cu il tarixində Abşeron rayon Məhkəməsi M.İsmayıloğluna 2 il şərti azadlıqdan məhrumetmə cəzası kəsmişdi.
M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.