Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini məhkəməyə verib.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovun bu gün (24 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, iş adamı Anar Məmmədov “Azadlıq” qəzetinin 01 iyul 2010-cu il tarixli sayında gedən “Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı məqalədə özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək, məhkəməyə müraciət edib və təzminat olaraq 250 000 (min) manat məbləğində pul tələb edir.
S. Şərifov qeyd etdi ki, artıq məhkəmədən redaksiyaya bildiriş daxil olub və dekabrın 1-i saat 14:30-da Yasamal rayon Məhkəməsində işlə bağlı hazırlıq iclası keçiriləcək.
“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn isə adı çəkilən qəzetin də eyni mövzuya görə, eyni tələblə məhkəməyə verilməsi barədə mətbuatdan məlumat aldığını, amma hələ ki, işlə bağlı məhkəmədən bildiriş almadıqlarını RATİ-yə bildirdi.
Xatırladaq ki, sözü gedən məqalələrdə iş adamı Anar Məmmədovun Qəbələ rayonunda yerləşən istirahət mərkəzlərinin birində saxlanılan ayını bir milyon manat qarşılığında kəsdirərək yeməsindən söz açılır.
Hər iki qəzet 1989-cu ildən fəaliyyət göstərir və gündəlik nəşr olunur