YAZDIĞI ƏRİZƏYƏ GÖRƏ İCRA BAŞÇISI TƏRƏFİNDƏN HAQQINDA İDDİA QALDIRILAN VƏTƏNDAŞIN MƏHKƏMƏSİ DAVAM E

Noyabrın 8-də Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun  sədrliyi ilə Yasamal rayon icra hakimiyyəti başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Yaqub Muradzadənin özü məlumat verib.

Onun sözlərinə görə, prosesdə özü, nümayəndəsi Əlibaba Rzayev  və xüsusi ittihamçının nümayəndəsi  Azər Tağıyev iştirak ediblər.

Y. Muradzadə bildirdi ki, hakim qarşı tərəfin  vəkili Zaur Niftəliyevin də prosesdə iştirakının vacib olduğunu əsas gətirərək, növbəti məhkəmə prosesini 29 noyabr saat 15:00-a təyin etdi.

            Xatırladaq ki, Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına  şikayət məktubları yazaraq,  məktublarda onu təhqir etdiyini və böhtana məruz qoyduğunu iddia edərək  Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
            Qeyd edək ki, Yaqub Muradzadə 2004-2006-cı  ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.

Previous Post

BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏRİLƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNƏ DAİR MÜSAHİBƏ

Next Post

7 noyabr 2010-cu il parlament Seçkiləri ilə bağlı RƏY

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.