Jurnalisti ölümlə hədələyiblər

221805_162084863856425_6339206_n

Mayın 10-da “Azadlıq” radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu ölümlə təhdid edilib. Bu barədə bu gün (15 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. Y. Əkrəmoğlunun  sözlərinə görə, hadisə İstanbulda yaşayan naxçıvanlılar haqqında reportaj hazırlamaq məqsədilə orada olanda baş verib:

“Lakin burada da Naxçıvan Təhlükəsizlik Nazirliyinin “Şahin” ləqəbli əməkdaşı tərəfindən təqib edilməyəbaşlanıldım. O, bir qrup şəxslə qaldığım evə gələrək, naxçıvanlılar haqqında videomaterialları verməyimi  tələb edib. Bunu etməyəcəyim təqdirdə onlar məni öldürməklə hədələdilər. Evdə yaşayan dostlarımızın köməyilə çağırılmamış qonaqları qovmağa müvəffəq olduq”- deyə bildirən jurnalist daha sonra  təhlükəsizliyi səbəbindən polislərin köməyi ilə İstanbul aeroportundan geri qayıtdığını deyib.

Previous Post

Jurnalistin işi üzrə məhkəmə keçirilib

Next Post

Jurnalistin şəxsi həyata müdaxilə edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.