HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

Martın 6-da Kürdəmir rayon məhkəməsində hakim Rafiq Bağırovun sədrliyi ilə “Qanun və Hüquq-2010” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri, hüquq müdafiəçisi və bloger Taleh Xasməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Proses zamanı Əsabəli Mustafayev Taleh Xasməmmədovun vəkilinin yanında oturması, həmçinin prosesdə audio yazı, foto və video çəkiliş aparılması ilə bağlı vəsatət verib. Hakim yalnız videoçəkilişlə bağlı olan vəsatəti təmin edib.

Obyektiv tv-yə müsahibəsində Əsabəli Mustafayev prosesdə zərərçəkmiş kimi iştirak edən polis əməkdaşlarının ziddiyyətli ifadələr verdiyini və vəkilin suallarından yayındıqlarını, prosesin gedişinə mane olduqlarını deyib.

Taleh Xasməmmədov isə çıxışında Polis İdarəsində ona qarşı təxribat törədildiyini bildirib, bunun hüquq müdafiəçiliyi və blogerliyi ilə əlaqədar olduğunu məhkəmənin diqqətinə çatdırıb.  Xasməmmədov Göyçay və ətraf rayonların sakinlərinin hüquq mühafizə orqanlarının qanunsuz əməlləri ilə bağlı ona dəfələrlə müraciət etdiklərini və müraciətlər əsasında araşdırma apardığını, həbsinin də məhz bununla bağlı olduğunu vurğulayıb.

         Hakim növbəti məhkəmə prosesini martın 13-ə təyin edib.

         Xatırladaq ki, Taleh Xasməmmədov 2011-ci il noyabrın 12-də həbs olunub. O polisin otağında xuliqanlıq etməkdə günahlandırılır və barəsində Cinayət Məcəlləsinin 221.2, 221.3 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Daha sonra isə ona qarşı 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi üzrə ittiham irəli sürülüb.

 

Previous Post

YAZIÇI MEHRİBAN VƏZİR İLƏ MÜSAHİBƏ

Next Post

JURNALİST POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.