JURNALİSTİN İŞİ ÜZRƏ MƏHKƏMƏ ARAŞDIRMASI DAVAM EDİR

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə "Bizim Yol" qəzetinin müxbiri Natiq Ədilovun Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin  hərəkətsizliyindən verdiyi iddia üzrə proses keçirilib.

Ədilov məktubun 03 dekabr 2007-ci il tarixində  TQDK-nın əməkdaşı Mustafazadə adlı şəxs tərəfindən alındığını təsdiq edən sənədi məhkəməyə təqdim etdi. Cavabdehin vəkili N. Əliyeva bildirdi ki, “mən məktubun kim tərəfindən qəbul edilməsi ilə maraqlandım.  Məlum oldu ki,  zərfin üzərində ünvan TQDK yazılsa da zərfin içindəki sorğunun BDU-nun rektoruna ünvanlanıb. Buna görə də həmin şəxs sorğunu 05 dekabr tarixində göstərilən ünvana geri göndərib. Daha sonra 27 dekabr 2007-ci il tarixində yenidən ikinci dəfə bizə sorğu gəlib”. Ədilov  isə məktubu ikinci dəfə göndərmədiyini bildirdi. 
İddia ərizəsində yalnız 29 noyabr 2007-ci il tarixli sorğu qeyd edildiyindən hakim 27 dekabr tarixində TQDK-ya çatan sorğu haqqında danışmamağı tövsiyə etdi. Və cavabdehə məktubu alan şəxs haqqında izahat yazmağı tapşırdı. Növbəti məhkəmə 10 aprel saat 17:30-a təyin olundu.

Previous Post

Aqil Khalil “Case Material” broadcast by AzTV (part2)

Next Post

“AZADLIQ” QƏZETİ İTTİHAM OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.