“AZADLIQ” QƏZETİ İTTİHAM OLUNDU

Bu gün Beynəlxalq Mətbuat mərkəzində Azadlıq Hərəkatçıları Birliyinin  keçirdiyi mətbuat konfransında “Azadlıq” qəzetinə və qəzetin əməkdaşı Aqil Xəlilə qarşı olan ittihamlar və mənfi fikirlər söylənildi.

Birliyin rəhbəri, eyni zamanda “Azadlıq fədailəri” qəzetinin təsisçisi Təhmasib Novruzov dünən (07 aprel) telekanallarda Aqil Xəlillə bağlı göstərilən videosüjetə münasibət bildirərək bunu fövqəladə vəziyyət adlandırdı: ““Azadlıq” qəzeti bizə doğmadır. Qəzetin uğuruna sevinirik, uğursuzluğuna narahatçılığımızı bildiririk. Bizim mənəvi haqqımız çatır ki, bu məsələ ilə bağlı münasibətimizi bildirərək mənəviyyatımızın bu yolla korlanmasına qarşı çıxaq. Bu məsələni ört-basdır etmək lazım idi. Bunların arxasında Əli Kərimli dayanır. Qəzet onun monopoliyası altındadır”. A. Xəlillə bağlı məsələnin təxribat olmadığını deyən Novruzov  qəzetin bu vəziyyətlə üzləşməsini  qəzet əməkdaşlarının günahı ucbatından olduğunu vurğuladı.

Previous Post

JURNALİSTİN İŞİ ÜZRƏ MƏHKƏMƏ ARAŞDIRMASI DAVAM EDİR

Next Post

HARAŞTİ ZAHİDOV QARDAŞLARI İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.