“TURAN” İNFORMASİYA AGENTLİYİNİN EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏ

Dekabrın 6-da Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə “Turan” informasiya agentliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) qarşı iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı “Turan” informasiya agentliyinin vəkili Elçin Sadıqov və cavabdehin nümayəndəsi Çingiz Nəcəfov iştirak edirdilər.

Elçin Sadıqov çıxışında Konstitusiyada göstərilən məlumat almaq hüququnun nəzərə alınmasını və iddianı təmin edən qətnamənin çıxarılmasını məhkəmədən xahiş etdi.

Cavabdehin nümayəndəsi Çingiz Nəcəfov sorğunun qərəzli olduğunu və onun  nazirliyin imicinə xələl gətirmək məqsədi daşıdığını bildirərək, iddianın rədd olunmasını xahiş etdi.

Hakim müşavirədən qayıtdıqdan sonra iddianın təmin edilməməyi barədə qərar verdi.

Prosesdən sonra iddiaçının vəkili Elçin Sadıqov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bu qərarından apellyasiya şikayəti verəcəklərini deyib.

Xatırladaq ki, “Turan” informasiya agentliyi sentyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  Azərbaycanın bir sıra rayonlarında yüz min hektardan çox torpağı, milyonlarla kvadrat metr yaşayış yerlərini yararsız hala salmış, habelə mal-qara və digər heyvanların tələf olmasına gətirib çıxarmış daşqından sonra Kür çayının deltasında vəziyyətlə bağlı sorğu göndərib.  Nazirlik rəsmi sorğuya cavab verilməsi müddətini pozduğundan “Turan” informasiya agentliyi “İnformasiya əldə edilməsi haqqında” Qanunun 9-cu, 24-cü, 29-cu və 37-ci  maddələrinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəməyə verib.

 

Previous Post

SUYUMUZ VƏ HAVAMIZ YARARSIZDIR

Next Post

ALİ MƏHKƏMƏ PLENUMUNUN EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARI DƏYİŞDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.