TELEVİZİYA APARICISININ MEYİTİ YAŞADIĞI EVİN HAMAMINDAN TAPILIB

Oktyabrın 10-da gecə  Yevlax rayonunda fəaliyyət göstərən “EL” televiziyasının aparıcısı, 22 yaşlı Lətif Lətifovun meyiti yaşadığı evin hamamından tapılıb. Bu barədə RATİ-yə mərhumun əmisi Elbrus Lətifov məlumat verib. O bir uşaq atası olan mərhum  L.Lətifovun özünə qəsd etdiyini  bildirir.

Yevlax Rayon Prokurorluğunun yaydığı məlumata görəsə meyitin üzərinə baxış keçirilərkən onun ürək nahiyəsindən aldığı 3 bıçaq xəsarətindən öldüyü müəyyənləşib. Baş vermiş hadisə ilə bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
            “EL” televiziyasından da hadisənin intihar olduğunu  bildirdilər və mərhumun heç kimlə probleminin olmadığını qeyd etdilər.

Previous Post

JURNALİSTİN CƏRİMƏLƏNMƏSİNDƏN VERİLƏN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

ŞAHİD ƏVƏZ ZEYNALLINI TANIMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.