ƏFV EDİLMİŞ JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNİR

Əfv fərmanı ilə azadlığa çıxan “Nota bene” qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev (Novruzoğlu) ölümlə hədələnir.

Bu haqda RATİ-yə məlumat verən jurnalist bildirib ki, “fevral ayının 10-da iki, 11-də iki, 12-də üç, 13-də isə bir dəfə gizli nömrədən zənglər edilib. Zəng vuran eyni adam olmayıb, çünki müxtəlif səslər olub, lakin hədələrin mahiyyəti eyni cür idi. Zəng edən şəxslər həbsimdən sonra “Nota bene” qəzetində çap etdirdiyim “Qızlar bulağı faciəsi” adlı romanımın dərc edilməsinin dayandırılmasını tələb ediblər. Elmar Hüseynovun qatilləri tapılmayıb. Heç sənin də qatillərin tapılmayacaq. Uşaqlarını oğurladarıq və bu kimi ifadələrlə  mənə hədə-qorxu gəliblər”.   
          Jurnalist onu da əlavə etdi ki, hadisə ilə bağlı dünən (14 fevral) Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb.
     * “Qızlar bulağı faciəsi” romanında real hadisələr əsasında tanınan və tanınmayan insanların daxili dünyası, cinayətləri haqqında danışılır. Əsas qəhrəmanların mənfi obrazlar olduğu bu romanda real faktlar öz əksini tapıb. Həmin obrazlar hal-hazırda vəzifə kürsüsündə əyləşiblər. Roman son 20-30 ildə Azərbaycanda baş verən hadisələrdən bəhs edir.  Romanın birinci hissəsi yanvarın 27-də  “Nota bene” qəzetində dərc olunub və bundan sonra romanın daha iki hissəsi də çapdan çıxıb.
    edilə

Previous Post

BAŞ REDAKTOR YAŞAYIŞINDAN NARAZIDIR

Next Post

QƏZETƏ QARŞI QALDIRILMIŞ İDDİA BARIŞIQLA SONA ÇATDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.