ABŞ KONQRESMENİNDƏN FƏTULLAYEVƏ MƏKTUB, PREZİDENT ƏLİYEVƏ MÜRACİƏT ÜNVANLANIB

Həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə

ABŞ konqresindən məktub gəlib. Bu haqda RATİ-yə fəaliyyəti dayandırılmış “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin şef-redaktoru  Şahvələd Çobanoğlu məlumat verib.
Onun sözlərinə görə, ABŞ Konqresinin Teylor soyadlı konqresmeni tərəfindən yazılmış məktubda Fətullayevə haqqında açılmış cinayət işinə yenidən baxılması üçün Ali Məhkəmənin plenumuna müraciət etməsi məsləhət görülüb: “Konqresmen Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi ilə tanış olduğunu bildirib və hesab edib ki, əgər baş redaktor bu işlə bağlı Ali Məhkəmənin plenumuna müraciət etsə bu halda günahsız olduğunu sübut edə bilər”.
Çobanoğlunun sözlərinə görə, habelə  konqresmen Azərbaycan Respublikası prezidentinə də başqa bir müraciət göndərib və bu müraciətdə də Fətullayevin işinə Ali Məhkəmənin plenumunda baxılmasını zəruri olması qeyd olunur: “Konqresmenin  müraciətində Fətullayevin bu müddət ərzində günahsız olaraq  həbsdə saxlanılması  üçün dövlətdən  kompensasiya ala biləcəyi də xatırlanır”.
Buna baxmayaraq Çobanoğlu Fətullayevin konqresmenin təklifini qəbul etmədiyini də bildirdi:
 “Çünki Fətullayev Azərbaycan məhkəmələrindən ədalətli qərar gözləmir. Onun işinə Avropa İnsan Haqları Məhkəməsində baxılacaq və baş redaktor ədalətli qərarın da yalnız bu məhkəmə tərəfindən veriləcəyini gözləyir”.

Previous Post

MAHAL İSMAYILOĞLU SƏHHƏTİNDƏ YARANAN PROBLEMLƏRLƏ ƏLAQƏDAR POLİSƏ GEDƏ BİLMƏDİ

Next Post

ALİ MƏHKƏMƏ “AZADLIQ” QƏZETİNİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.