ALİ MƏHKƏMƏ “AZADLIQ” QƏZETİNİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Bu gün (01 iyul) Ali Məhkəmənin hakimi Ənvər Şadıyevin sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun (Zahid)

və qəzetin müxbiri Aqil Xəlilin verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun RATİ-yə verdiyi məlumata görə hakim şikayəti təmin etməyib.

Xatırladaq ki, İqtisadi İnkişaf naziri Heydər Babayev "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin yazarı Aqil Xəlil barəsində  5 sentyabr 2007-ci il tarixli iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi. İddiaya səbəb "Azadlıq" qəzetinin 29 avqust 2007-ci il tarixli sayında "Metyu Brayzanın toy xərcini azərbaycanlılar çəkib?" sərlövhəli yazı olub. Həmin yazıda "Heydər Babayev isə Metyu Brayza ilə Zeyno Baranın toyunun xərcinin xeyli hissəsini ödəyib" məzmunlu məlumat verilmişdir. Heydər Babayev bu yazını onu nüfuzdan salmağa yönələn məlumatlar kimi qiymətləndirərək, yazının nəşr edildiyi "Azadlıq" qəzetinin baş redaktorunu və məqalənin müəllifi Adil Xəlili məhkəməyə vermişdi. Hakim Svetlana Əhmədova qəzetdə təkzibin verilməsi barədə qərar çıxarmışdı. Apellyasiya Məhkəməsinə verilən şikayət isə təmin edilmədiyindən jurnalistlər Ali Məhkəməyə şikayət etmişdilər.

Qeyd edək ki, hal-hazırda Qənimət Zahidov  4 il müddətinə azadlıqdan məhrum edilib. Aqil Xəlil isə bu ilin əvvəllərində döyülmüş, sonradan bıçaqlanmışdır. Bu cinayətlərin ört-basdır edilməsi üçün ona qarşı “qara piar” kampaniyası aparılmışdır. Eyni zamanda Xəlilin ölkədən çıxmasına icazə verilmir.

Previous Post

ABŞ KONQRESMENİNDƏN FƏTULLAYEVƏ MƏKTUB, PREZİDENT ƏLİYEVƏ MÜRACİƏT ÜNVANLANIB

Next Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.