ABŞ SƏFİRLİYİ HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik 26 martdan aclığa başlayan Eynulla Fətullayevin tələblərinə münasibət bildirib

: ”Baş redaktorun atası ilə görüşdüm, onun dediklərini və oğlunun vəziyyəti ilə bağlı məlumatları xanım səfirə çatdırdım. Bizim bu mövzuda mövqeyimiz dəyişməz olaraq qalır”. Hər zaman azad jurnalistikaya dəstək olduqlarını deyən Henik, azad jurnalistikanın demokratiyanın ayrılmaz hissəsi olduğunu bildirib: “Həbsdə aclıq aksiyası keçirmək çox təhlükəlidir. Təəssüf ki, onlar belə addımlar atmağa məcbur olurlar. Biz bu məsələləri dəfələrlə ikitərəfli münasibətlərimizdə qaldırırıq və buna davam edəcəyik. Ümid edirəm ki, problemlər bir istiqamətdə öz həllini tapacaq. Lakin bu bizim əlimizdə deyil”.

Məlumat “Yeni Müsavat” qəzetinin bu günki sayında verilib.
Qeyd edək ki, bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin evində qonaq olub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Q.Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva verib. Onun bildirdiyinə görə səfir demokratiyanı, söz azadlığını dəsdəklədiklərini və jurnalistlərin həbsini pislədiklərini deyib. A.Mürsəliyeva bu cür sözlərin bütün xarici təşkilatların və səfirliklərin dilindən eşitdiyini, yalnız heç bir konkret nəticənin olmadığını səfirin diqqətinə çatdırıb: “Yaxşı olardı ki, siz özünüz ölkə başçısı ilə görüşüb bu məsələləri onu diqqətinə çatdırasınız.”

Previous Post

QƏNİMƏT ZAHİDOV APELYASİYA MƏHKƏMƏSİNDƏ İŞTİRAK ETMƏK İSTƏMİR

Next Post

“AZADLIQ” QƏZETİNİN İKİ ƏMƏKDAŞI İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.