ABŞ BAKIYA EKSPERTLƏR GÖNDƏRİB

ABŞ Beynəlxalq Yayım Şurasının nümayəndə heyəti dekabrın 3-4-də Bakıda “Amerikanın səsi” və “Azadlıq” radiolarının yerli tezliklərdə yayımının davam etdirilməsi məqsədilə danışıqlar aparacaq.

Bu barədə “Turan” İnformasiya Agentliyi ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat yayıb. Məlumatda nümayəndə heyətinə daha çox texniki mütəxəssislərin daxil olduğu heyətin Milli Teleradio Şurası və hökümət rəsmiləri ilə görüşəcəyi bildirilir. Eyni zamanda nümayəndələrin Azərbaycan qanunları çərçivəsində radiostansiyaların verilişlərinin yerli tezliklərdə yayımının davam etdirilməsi üçün araşdırmalar aparacaqları bildirilir.
Previous Post

QƏNİMƏT ZAHİDOV VƏ SAKİT ZAHİDOV 9 GÜN AZADLIQDA OLACAQ

Next Post

Qənimət və Sakit Zahidovların atalarının yas mərasimi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.