QƏNİMƏT ZAHİDOV VƏ SAKİT ZAHİDOV 9 GÜN AZADLIQDA OLACAQ

“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid və həmin qəzetin əməkdaşı Sakit Zahidov qardaşları atalarının yas mərasimində iştirak ediblər.

Yas mərasimində Zahidov qardaşları ilə yanaşı siyasətçilər və onların həmkarları iştirak edirdi. Qardaşlar yasda iştirak edənlərlə birlikdə qəbir üstünü ziyarət ediblər.
      Xatırladaq ki, Səlim Zahidov dekabrın 1-i axşam saatlarında vəfat edib və  dekabrın 2-də  Şamaxının Meysəri kəndində dəfn olunub. Məsələ ilə bağlı jurnalistlərin anası Xədicə Zahidova aidiyyatı qurumlara müraciət edərək, məhkum oğullarının atalarının yas mərasimində iştirakına icazə verilməsini xahiş edib. Onu da qeyd edək ki, Qənimət və Sakit Zahidovlara atalarının yas mərasimi ilə əlaqədar dekabr ayının 8-nə kimi icazə verilib.

Previous Post

KATV 1 İNTERNET XİDMƏTLƏRİ GÖSTƏRƏCƏK

Next Post

ABŞ BAKIYA EKSPERTLƏR GÖNDƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.