BMT AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNİ MƏNFİ QİYMƏTLƏNDİRİB

BMT İnsan Haqları Komitəsi ölkədə söz və ifadə azadlığını təmin eləmədiyi üçün Azərbaycan hökumətini kəskin tənqid eləyib.

Bu barədə “Azadlıq” radiosunun “Asoşeyted Press” Agentliyinə istinadən yaydığı xəbərə görə, Komitənin BMT-nin İnsan Haqları Şurasının Cenevrdəki  sessiyasına bu gün (31 iyul) təqdim elədiyi hesabatında belə deyilir.
Azərbaycanda söz azadlığının pisləşməsi, qəzetlərin bağlanması və internet yazarlarının həbsi İnsan Haqları Komitəsinin kəskin narazılığına səbəb olub.
Komitə bildirir ki, Azərbaycanda jurnalistlərə qarşı davamlı olaraq zorakılıq və təzyiqlər olur, həmçinin qurama böhtan və xuliqanlıq ittihamlarıyla media susdurulur.
BMT İnsan Haqları Komitəsi Azərbaycanı bu hallara dərhal son verməyə, söz və ifadə azadlığını təmin etmək üçün bütün lazımi addımları atmağa, həbsdəki jurnalistləri, o cümlədən bu yaxınlarda həbs edilən Adnan Hacızadə və Emin Milli kimi internet yazarlarını dərhal azad eləməyə çağırıb.

Xatırladaq ki, iyulun 20-21-də Cenevrədə keçirilmiş  Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Komitəsinin 96-cı sessiyası  çərçivəsində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələrdə Azərbaycandan Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan 8 hüquq müdafiə təşkilatının  (Hüquq Maarifçiliyi Cəmiyyəti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Media Hüquq İnstitutu, Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, Humanitar Araşdırmalar Cəmiyyəti, Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi, Azad İqtisadiyyata Yardım İctimai Birliyi ) təmsilçisi Rəsul Cəfərov Azərbaycanda insan haqlarının bir neçə sahəsindəki problemlər (söz və fikir azadlığı, sərbəst toplaşmaq azadlığı, ədalətli məhkəmə hüququ, qadınlara qarşı ayrı-seçkilik və onlara qarşı zorakılıq) barəsində alternativ hesabat təqdim etmiş və insan haqları və Azərbaycanda söz azadlığı ilə bağlı Komitə üzvlərinin suallarını cavablandırmışdı.

Previous Post

DİSPUT.AZ SAYTINDA GƏNC BLOQÇULARLA BAĞLI FORUM BAĞLANIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.