ABŞ-IN HELSİNKİ KOMİSSİYASI PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB ÜNVANLAYIB

Amerika Birləşmiş Ştatların Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyası – Helsinki Komissiyası prezident İlham Əliyevə “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycanda yayımının dayandırılması ilə bağlı narahatlıq ifadə edən məktub ünvanlayıb.

“Azadlıq” radiosunun məlumatına görə, məktubda bildirilir ki, Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmlinin 2002-ci ildə qəbul edilmiş “Teleradio yayımı haqqında” qanundakı məhdudiyyətlərə əsaslanaraq “Azadlıq” və “Amerikanın səsi” radioların yerli tezliyinin gələn ildən geri alınması ilə bağlı dedikləri narahatlıq doğurur.
”İnanırıq ki,  siz prezidentlik dövrünüzün ikinci müddətində Azərbaycan – Amerika əlaqələrini gücləndirmək məqsədilə yeni prezident Barak Obama ilə yaxşı əməkdaşlıq qurmağa hazırlaşarkən, “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması səhv sıqnal olardı. Ümid edirik ki, siz uzun illərdir fəaliyyət göstərən bu radiolarının yerli tezlikdə yayımının davam etdirilməsinin bir yolunu tapacaqsınız”, – deyə məktubda vurğulanır.
Belə ki, noyabrın 24-də prezident İlham Əliyevə ünvanlanan məktubu komissiyanın sədri konqresmen Əlsi Heystinqs, həmsədr senator Bencamin Kardin və Kristofer Smit imzalayıb.
Previous Post

BUZOVNA BƏLƏDİYYƏSİ “YENİ MÜSAVAT”LA BAĞLI MƏTBUAT ŞURASINA ŞİKAYƏT EDİB

Next Post

RATİ ƏMƏKDAŞLARINA APELLYASİYA MƏHKƏMƏSİNDƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.