ABŞ-IN ATƏT-DƏKİ MİSSİYASI AZƏRBAYCANDA JURNALİSTLƏRİN HƏBSİNDƏN NARAHATDIR

ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı bəyanat yayıb. “Media forum” saytının xəbərində bildirilir ki, sənəddə jurnalistlərin və bloqçuların həbsindən narahatçılıq ifadə olunur.

Bəyanatda jurnalist Eynulla Fətullayevə narkotik maddə saxlamaq ittihamı ilə yeni cinayət işinin açılmasından narahatlıq ifadə olunub və bu problemin Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayev barədə gözlənilən qərarından əvvəl ortaya çıxmasının da şübhələr yaratması vurğulanıb.
“Biz Azərbaycan hökumətindən bu problemin ölkə qanunları və konstitusiya, beynəlxalq normalar çərçivəsində həllini tələb edirik. İfadə azadlığının bütün vətəndaşlar, həmçinin media nümayəndələri üçün təmin olunması demokratiya üçün vacibdir. Açıq media şəraiti olmadan gələcək parlament seçkisində namizədlər öz mesajlarını insanlara səmərəli şəkildə çatdıra bilməyəcək, nəticədə hökumətin demokratik inkişafa töhfəsi zərbə altında qalacaq” – deyilən bəyanatda həmçinin Azərbaycan hökumətindən həbs olunmuş jurnalistlərin işlərini həll eləmək və müstəqil mediaya yardım göstərmək tələb edilib:
“Eynulla Fətullayev də daxil olmaqla ədalətsiz şəkildə həbs olunmuş media üzvlərinin azadlığa buraxılması bu istiqamətdə uğurlu addım olardı. Azərbaycan rəhbərliyindən həbs olunmuş gənc bloqçular Emin Milli və Adnan Hacızadənin apellyasiya məhkəməsinin ədalətli və şəffaf şəkildə keçirilməsinin təmin olunmasını tələb edirik”.

Previous Post

RƏŞİD HACILI EYNULLA FƏTULLAYEVİN VƏKİLİ OLDU

Next Post

ƏYYUB KƏRİMOVA 1 İL 6 AY İSLAH İŞLƏRİ CƏZASI VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.