ƏYYUB KƏRİMOVA 1 İL 6 AY İSLAH İŞLƏRİ CƏZASI VERİLDİ

Bu gün (03 fevral) Yasamal rayon məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Prosesdə iddiaçı tərəfdən Dabuleyka Quliyev və Əlirza Həbilov və  cavabdeh Əyyub Kərimov iştirak edirdi.

Əyyub Kərimov yekun çıxışında bildirib ki, müəllifi olduğu məqalələrdə tənqid olsa da, təhqirə və böhtana yol verməyib. “Bu məqalələrdə mənim şəxsi düşüncələrim yer alıb. Düşüncəsinə görə isə ittiham olunmaq yolverilməzdir” – deyə Ə.Kərimov çıxışında bildirib.
İddiaçı tərəfin nümayəndəsi Dabuleyka Quliyev cavabdehə həbs cəzası yox, 2 il islah işləri cəzası verilməsini istədiklərini bildirdi.
Hakim Xaqani Tağıyev müşavirədən qayıtdıqdan sonra, Əyyub Kərimovun aylıq gəlirinin 15 faizinin dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləriilə cəzalandırılması barədə hökmü elan etdi.
Əyyub Kərimov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sualına cavab olaraq bildirib ki, hökmü ədalətsiz hesab etdiyi üçün Apellyasiya Məhkəməsinə müraciət edəcək.
Xatırladaq ki, Daxili İşlər naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Əyyub Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırıb.
Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,417/lang,az/

Previous Post

ABŞ-IN ATƏT-DƏKİ MİSSİYASI AZƏRBAYCANDA JURNALİSTLƏRİN HƏBSİNDƏN NARAHATDIR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.