SENATOR BƏXTİYAR HACIYEVLƏ BAĞLI HİLLARİ KLİNTONA MƏKTUB YAZIB

ABŞ Senatoru Mark Kirkin həbsdəki gənc fəal və bloqqer Bəxtiyar Hacıyevlə bağlı Dövlət katibi Hillari Klintona məktub yazıb.  “Azadlıq” radiosunun məlumatına görə,  məktubda deyilir ki, Bəxtiyar Hacıyevin hüquqları həm Azərbaycan Konstitusiyası, həm də Beynəlxalq İnsan Haqları Deklarasiyasına görə pozulub.

Senator Dövlət katibini Azərbaycanın insan haqları sahəsində beynəlxalq standartlara əməl etməsi üçün çağırışlarını davam etməyə, Bəxtiyar Hacıyevin məhkəməsi başlayana kimi onu azadlığa buraxmağa və ona qarşı pis rəftarla bağlı ittihamları araşdırmağa səsləyib.

Bəxtiyar Hacıyevin Harvard Universitetinin məzunu olduğunu xatırladan senator qeyd edib ki, o, ötən ilin parlament seçkilərində öz namizədliyini irəli sürüb. İlk dəfə hərbi xidmətdən yayınmağa görə 2010-cu ilin noyabrın 18-də saxlanıb. Facebook sosial şəbəkəsində gənclərin etiraz aksiyası təşkil etməsinə yardım edib, martın 4-də isə həbs edilib.

Rəsmi ittihama görə, Bəxtiyar Hacıyev Gəncə şəhərini tərk etməmək barədə iltizamın şərtlərini pozub.

 

 

Previous Post

SENATOR BƏXTİYAR HACIYEVLƏ BAĞLI HİLLARİ KLİNTONA MƏKTUB YAZIB

Next Post

CABBAR SAVALANLININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.