CABBAR SAVALANLININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK

Martın 28-də Sumqayıt şəhər Məhkəməsində qanunsuz narkotik maddə saxlamaqda ittiham olunan AXCP gənclər təşkilatının üzvü Cabbar Savalanlının işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Bu barədə “Turan”a gənc fəalın vəkili Anar Qasımov məlumat verib.

Vəkilin sözlərinə görə, Narkoloji  Dispanserin ziddiyyətli rəyindən Savalanlının əleyhinə istifadə oluna bilər. Buna görə müdafiə tərəfi  istintaqın rədd etdiyi alternativ, həmçinin təkrar ekspertizanın keçirilməsi, Narkoloji Dispanserin rəy verən həkimlərinin istintaqda şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb.

Belə  ki, ekspertiza Savalanın narkotikadan fiziki və psixoloji asılılığını müəyyən etməyib və onun icbari müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı, ekspertlər gəncin narkotik maddədən istifadə etməsinin mümkünlüyünü istisna etməyiblər. Bu o deməkdir ki, Savalanlı narkotika istifadəçisi kimi tanına bilər. Necə ki, bu, Eynulla Fətullayevlə baş vermişdi.

              Xatırladaq ki,  Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

Previous Post

SENATOR BƏXTİYAR HACIYEVLƏ BAĞLI HİLLARİ KLİNTONA MƏKTUB YAZIB

Next Post

EYNULLA FƏTULLAYEV OMBUDSMANLA GÖRÜŞƏ TƏKİD EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.