ÜZEYİR CƏFƏROV HƏDƏLƏNİR

“Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin əməkdaşı, hərbçi-jurnalist Üzeyir Cəfərovu telefonla zəng vuraraq hədələyiblər.

Məlumatı RATİ-yə Cəfərovun özü verib. Jurnalistin sözlərinə görə, ilk zənglər yanvarın 28- i günorta saatlarında olub. “Zəng etmiş şəxs məni “başına oyun açacağıq”, “səni məhv edəcəyik” və bu kimi ifadələrlə hədələdi. Bundan sonra gələn zənglərdə isə sadəcə gülüş və müxtəlif ələ salan səslər gəlirdi. Zənglər sonrakı günlərdə də davam edib. Ayın 28-də telefonuma 300 zəng gəlmişdisə, növbəti gün (29 yanvar günorta saatlarına qədər  bu zənglərin sayı 600-dən çox oldu  Buna görə də mən “Azercell” şirkətinə müraciət etdim. Orda mənə bildirdilər ki, bunun üçün qeydiyyatda olduğum polis bölməsinə müraciət etməliyəm. Bunu əsas tutaraq, qeydiyyatda olduğum ərazi üzrə Binəqədi Rayon Polis İdaərsinin 5-ci bölməsinə müraciət etdim və bölmənin rəisi Cəbrayıl Vəliyevlə görüşdüm. Maraqlısı odur ki, polis bölməsinin növbətçi hissəsində və rəisin otağında olanda da bu zənglər gəlirdi. Həm növbətçi, həm də rəis zəng vuranlarla danışmaq istəsələr də, zəng vuranlar susublar”.  Cəfərov əlavə etdi ki, rəis onun yazılı ərizəsini qəbul edib və söz verib ki, bu günlərdə “Azercell”-ə sorğu göndəriləcək. “Bu gün dostlarım, sonradan mən özüm də məsələ ilə maraqlanmışam, lakin sorğunun göndərilib-göndərilməməsi ilə bağlı hələlik bir yenilik yoxdur. Əgər bu məsələ araşdırılmasa mən əmin olacağam ki, bu zənglər vahid mərkəzdən idarə olunur, bununla belə məsələnin həll ediləcəyinə inanıram”. 
Previous Post

BƏYANAT

Next Post

AZƏRBAYCANDA SENZURA QEYRİ-RƏSMİ OLARAQ BƏRPA OLUNUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.