ÜZEYİR CƏFƏROV YENİDƏN POLİSƏ MÜRACİƏT EDƏCƏK

“Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərov RATİ-yə bildirib ki, ona gələn anonim zənglər barədə polisin “Azersell”-ə göndərməli olduğu sorğu ilə bağlı heç bir məlumat yoxdur.

Məsələnin belə davam edəcəyi təqdirdə yenidən ərizə yazacağını vurğulayan Cəfərov bildirdi ki, “bu haqsızlıqdı, artıq dördüncü dəfədir müraciət edirəm, lakin mənim müraciətimə cavab gəlmir”.
Bu məsələdən narahat olduğu üçün ABŞ səfirliyi Cəfərovu səfirliyə dəvət edib. Jurnalistin sözlərinə görə, səfirlikdə görüş zamanı ona gələn anonim zənglər barədə müzakirələr aparılıb: “mənə bu məsələni diqqətdə saxlayacaqlarını bildiriblər”.

Previous Post

ÜZEYİR CƏFƏROV YENİDƏN POLİSƏ MÜRACİƏT EDƏCƏK

Next Post

MİRZƏ SAKİT MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.