MİRZƏ SAKİT MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMƏDİ

APA-nın 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənova istinadən yaydığı məlumata görə, Mirzə Sakiti müayinə edən həkimlər onun müalicə müəssisəsinə köçürülməsini məsləhət görməyib, ona görə də məhbus həbsxana şəraitində müalicə olunacaq.

Bununla bağlı məsələni dəqiqləşdirmək üçün RATİ 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovla əlaqə saxlayıb. Ərşad Həsənov bu barədə bizə məlumat verməkdən imtina edib.
Penitensiar xidmətlə 17:00-da əlaqə saxlasaq da, onlarda hələ M. Sakitin müalicə müəssisəsinə köçürülməsi barədə heç bir məlumatın olmadığını bildiriblər.  Və qeyd ediblər ki, “biz  Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəyini gözləyirik”.
Jurnalistin həyat yoldaşı Rəna Zahidova RATİ-nin əməkdaşı ilə söhbətində qeyd edib ki, M. Sakitin müalicə müəssisəsinə köçürüləcəyinə artıq inanmır: “artıq üçüncü dəfədir ki, onu aldadırlar. Bu dəfə də aclığı dayandırması üçün müalicə müəssisəsinə küçürülməsinə söz verdiklərinə baxmayaraq sözlərini yerinə yetirməyiblər”.

Previous Post

ÜZEYİR CƏFƏROV YENİDƏN POLİSƏ MÜRACİƏT EDƏCƏK

Next Post

ÜZEYİR CƏFƏROV YENİDƏN POLİSƏ MÜRACİƏT EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.