Bu gün (05 avqust) Binəqədi rayon məhkəməsində hakim Mirheydər Seyidovun sədrliyi ilə “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəylinin Mətbuat Şurasına və Şuranın sədri Əflatun Amaşova qarşı iddiasına əsasən məhkəmə prosesi keçirildi.
İclasda iddiaçı tərəfi Sərdar Əlibəyli və onun vəkili, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, cavabdeh tərəfi isə Mətbuat Şurasının səlahiyyətli nümayəndəsi Rəhim Hüseynzadə təmsil edirdi.
Prosesdə tərəflərin yekun çıxışları dinlənildi. Hakim qərar verilməsi üçün son prosesi 07 avqust saat 11-00-a təyin etdi.
Xatırladaq ki, bir müddət öncə Mətbuat Şurası “Nota” qəzetini “reket qəzetlər” siyahısına daxil etdiyi üçün, iddiaçı bu qərarın qanunsuz hesab edilməsi və Mətbuat Şurasının 10 min manat təzminat ödəməsi üçün məhkəməyə müraciət edib.