JURNALİSTLƏR FİZİKİ HÜCUMA MƏRUZ QALIBLAR

Bu gün (2 aprel) Şəmsi Bədəlbəyli küçəsi 20 ünvanında söküntü işlərilə bağlı çəkiliş aparan “Turan” informasiya agentliyinin  fotojurnalisti Etimad Budaqov və “Azadlıq radiosu”nun əməkdaşı Nüşabə Fətullayeva fiziki təzyiqə məruz qalıblar.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Etimad Budaqov məlumat verib.

Onun sözlərinə görə, söküntü işləri aparmaq üçün gələn şəxslərlə bina  sakinləri  arasında qarşıdurma yaranıb və nəticədə özü və “Azadlıq” radiosunun xanım əməkdaşı Nüşabə Fətullayeva Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılovun və onun ətrafında olan 20-yə qədər fəhlənin fiziki zorakılığına məruz qalıb:

“Mən və digər jurnalist yoldaşlarım peşə fəaliyyətimizi yerinə yetirən zaman adıçəkilən şəxslərin fiziki hücumuna məruz qaldıq. Mənim fotoaparatım sındırıldı. Məsələ ilə bağlı aidiyyatlı qurumlara müraciət edəcəyəm”, – deyə Budaqov qeyd edib.

 

 

 

Previous Post

YENİ İŞÇİ QRUPUNUN YARADILMASI TƏŞƏBBÜSÜ İRƏLİ SÜRÜLÜB

Next Post

RATİ-NİN JURNALİSTLƏRİN TƏZYİQƏ MƏRUZ QALMAĞI İLƏ BAĞLI BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.