BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI GÜNÜ İLƏ BAĞLI VAŞİNQTON BƏYANNAMƏSİ QƏBUL EDİLİB

            Xəbər verdiyimiz kimi, mayın 1-dən 3-ə kimi Vaşinqtonda 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı YUNESKO tərəfindən tədbir keçirilmişdir.

Tədbirə qatılan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynovun verdiyi məlumata görə, tədbir iştirakçıları tərəfindən “21-ci əsr Mediası: yeni sərhədlər, yeni maneələr” adlı Vaşinqton Bəyannaməsi qəbul edilib. Bəyannamədə müasir dövr üçün medianın və jurnalistlərin fəaliyyətinin əhəmiyyəti vurğulanır və həm YUNESKO-ya, həm də YUNESKO-nun üzv-dövlətlərinə çağırışlar əks olunur. Üzv-dövlətlər üçün əsas çağırışlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu (söz azadlığı) maddəsi ilə nəzərdə tutulan öhdəliklərə riayət etmək və ifadə azadlığı prinsiplərini İnternetə və digər yeni informasiya texnologiyalarına uyğunlaşdırmaqdan ibarətdir. YUNESKO-ya çağırış isə İnterneti və sosial şəbəkələri demokratik müzakirələr və vətəndaş iştirakçılığı üçün təbliğ etmək olub.

           

Hüseynov onu da əlavə edib ki, tədbirdə müxtəlif ölkələrdən 200-dən artıq şəxs iştirak edib. 2009-cu ilin iyulunda Azərbaycanda həbs edilən bloggerlər Emin Milli və Adnan Hacızadə tədbirə dəvətli olublar, lakin ölkədən buraxılmadıqlarına görə tədbirin işinə skype vasitəsilə qatılıblar.     

 

 

Previous Post

“YENİ MÜSAVAT”-IN FOTOAPARATININ OLDUĞU YER MƏLUM DEYİL

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.