“AZADLIQ” QƏZETİNİN VEB SƏHİFƏSİ HÜCUMA MƏRUZ QALIR

Sentyabrın 5-də axşam saatlarında “Azadlıq”  qəzetinin saytının fəaliyyəti məhdudlaşdırılıb və sayta giriş faktiki olaraq mümkün olmayıb. Bu barədə bu gün ( 6 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin  redaktoru Rövşən Hacıyev məlumat verib.

O bildirib ki,  buna səbəb kimi  “Wikileaks” saytının Azərbaycanla bağlı açıqladığı sənədlərin daima qəzetin səhifələrində işıqlandırılması  ola bilər: “Hesab edirəm ki, saytın fəaliyyətində yaşanan məhdudiyyətlər qəzetin 6 sentyabr 2011-ci il tarixli sayında gedən “İlham Əliyevin sərvəti kimin adınadır?” yazısı ilə bağlıdır. Dünən axşam saatlarından etibarən sayta girişin xeyli  çətinləşdiyini gördük. Əvvəllər də dəfələrlə  sayta  haker hücumları olub”.

 

 

Previous Post

DİABET XƏSTƏLƏRİNİN SAYI ARTIR

Next Post

ƏLİ HƏSƏNOV HESAB EDİR Kİ, XALQ YALNIZ HÖKUMƏTİN NƏZARƏTİNDƏ OLAN TELEKANALLARDAKI XƏBƏRLƏRƏ İNANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.