DÖVLƏT STRUKTURLARININ SAYTLARI DAĞIDILIB

Yanvarın 16-da Azərbaycanda  bir-birinin ardınca nazirliklərin, dövlət qurumlarının, iqtidara bağlı KİV-lərin, QHT-lərin  internet səhifələri sıradan çıxarılıb. Bu barədə “musavat.com” saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, saytların dağıdılmasını təşkil edənlər bu addımın Azərbaycanda “islam dininə, hicaba qarşı basqılara görə qisas olduğuna” dair mesaj qoyublar. Hücum Daxili İşlər Nazirliyi, Konstitusiya Məhkəməsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi və Yeni Azərbaycan Partiyasının saytlarından başlayıb. Bir-birinin ardınca Dövlət Gömrük Komitəsinin, Təhsil Nazirliyinin, ona bağlı strukturların da internet səhifələri sıradan çıxarılıb. Hücumu təşkil edənlər özlərini “Azerian Kyber Army” adlı haker qrupunun üzvləri kimi təqdim ediblər.

Təhsil Nazirliyinin edu.gov.az və vet.edu.gov.az saytını sıradan çıxaran hakerlər ora İslam Partiyasının həbsdə olan keçmiş sədri Mövsüm Səmədovun hicabın qadağasına qarşı fikirlərini yerləşdirib. “Trend” İnformasiya Agentliyinin saytı da haker hücumuna məruz qalıb. Dağıdılan saytların içərisində faktxeber.az da var. Haker hücumu davam etdikdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cssn.gov.az, habelə Abşeron Rayon İcra Hakimiyyətinin absheron.gov.az saytı dağıdılıb. Prosesin gedişi göstərirdi ki, hakerlər əsasən gov.az domeni ilə bitən saytları hədəf seçirlər.

Previous Post

TAKSİ SÜRÜCÜLƏRİ YENİ QAYDALARA ETİRAZ EDİR

Next Post

“ASİ” QƏZETİNİN BAŞ REDAKTORU PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.