İyunun 25-dən bu günə (04 iyul) qədər Naxçıvan Muxtar Respublikasının ərazisində “Yeni Müsavat” və “Bizim yol” qəzetlərini
internetdə izlənməsi mümkün deyil. Çünki həmin qəzetlərin veb səhifələri açılmır. İnternetin sürəti zəif olduğu üçün digər müstəqil və müxalifyönlü mətbuat orqanlarının veb səhifələrinin açılışında da tez-tez əngəllər yaranır.
RATİ-nin Naxçıvan bölgə müxbirlərinin araşdırmalarına görə, Naxçıvan şəhəri istisna olmaqla, Muxtar Respublikanın rayonlarında internetin sürəti çox zəifdir və buna görə də internetdən istifadə mümkünsüzdür. Lakin hakimiyyətə yaxın qəzetlərin və dövlət orqanlarına aid olan saytların normal fəaliyyəti, dövlətə aid idarə və müəssisələrdə internetin sürətinin normal olması onu deməyə əsas verir ki, İnternetə müdaxilələr edilir və lazım gəldikdə “arzuolunmaz” saytlara giriş ümumiyyətlə məhdudlaşdırılır.
Onu da qeyd edək ki, RATİ-nin Naxçıvandakı bölgə müxbirlərinin ofisində də internetlə bağlı problemlər yaşanır.
Yaranmış problemlə bağlı Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnternet şöbəsinin müdiri Vüqar Rəsulov isə RATİ əməkdaşının suallarına cavabında internetdə yaranmış problemlərin onlara aid olmadığını deyib:
“Bizim üçün abunəçilərin fərqi yoxdur, saytların məhdudlaşdırılması bizim imkanlarımız xaricindədir, interneti Bakıdan aldığımız üçün problemin haradan yaranmasını biz bilmirik”.