HÖKUMƏT RƏSMİSİ AZƏRBAYCANDA JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ GÖRƏ HƏBS EDİLMƏDİYİNİ İDDİA EDİR

”Jurnalistlər konkret olaraq törətdikləri cinayətə görə həbs ediliblər. Həbslərin həmin şəxslərin jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.

Bu sözləri Prezidentin İcra Aparatının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov AŞ PA prezidentinin Azərbaycanda həbsdəki jurnalistlərin azad edilməyəcəyi təqdirdə xüsusi məruzəçinin təyin edilə biləcəyi ilə bağlı fikrinə münasibət bildirərkən deyib. APA-nın məlumatına görə, Aslanov Azərbaycanda həbsdə olan insanların jurnalist fəaliyyətlərinə görə deyil, bilavasitə törətdikləri cinayət əməllərinə görə həbs edildiklərini qeyd edib.              
Qeyd edək ki, bu il iyunun 20-də (Azərbaycan jurnalistlərinin V qurultayının keçirildiyi gün) Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov  jurnalistlərin həbsinə münasibət bildirərkən onların həbsdə olmasını Azərbaycanın beynəlxalq imicinə çox mənfi təsir göstərdiyini söyləmişdi.

Previous Post

“DALĞA”NIN PİKETİ DAĞIDILARKƏN ÜÇ JURNALİST DƏ SAXLANILIB

Next Post

NAXÇIVANDA “YENİ MÜSAVAT” VƏ “BİZİM YOL” QƏZETLƏRİNİN VEB SƏHİFƏLƏRİ AÇILMIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.