MÜMKÜN ƏFV FƏRMANI BARƏDƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AİLƏLƏRi NƏ FİKİRLƏŞİRLƏR?

Son günlər Azərbaycan mətbuatında yeni il qabağı gözlənilən əfv fərmanı və bu fərmanın həbsdə olan jurnalistlərə də şamil olunacağı haqda məlumatlar gedir.

Mövzu ilə bağlı RATİ həbsdə olan 4 jurnalistin ailə üzvlərinin möqeyini öyrənib.
"Azadlıq" qəzetinin baş redaktoru  Qənimət Zahidin (Zahidov) həyat yoldaşı Ayəndə Mürsəliyeva gözlənilən əfv fərmanına ümid bağlamır: "Mən də,  Qənimət də gözlənilən fərmana psemist yanaşırıq. Bü səbəbdən də Qənimətin azad olunası xahişi ilə heç bir ərizə ilə rəsmi orqanlara müraciət etmək fikrimiz  yoxdur".
"Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həyat yoldaşı  Arzu Hüseynova isə gözlənilən əvf  fərmanına optimist yanaşdı: "Müşfiq günahsız olduğu halda həbsdədir  və bu yaxınlarda onun əfv  fərmanı ilə azad olunacağına inanıram. Onun hər dəqiqə azad olunmasına ümid edirəm. Bu tək mən yox, onun iki balaca övladının da ümididir".
"Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin anası Gülşən Fətullayeva isə, artıq bir dəfə əfvlə bağlı  müracət etdiklərini  və bunun heç   bir nəticəsinin olmadığını söylədi: "Əgər lazım gələrsə yenə də müraciət edə bilərik, təki övladım azadlıqda olsun".
"Azadlıq" qəzetinin əməkdaşı, satiraçı şair Mirzə Sakitin (Sakit Zahidov) həyat yoldaşı Rəna Zahidova isə əfv fərmanından heç nə gözləmədiyini və  müraciət etmək fikrində olmadıqlarını bildirdi.
Previous Post

MİRZƏ SAKİTİN AZAD OLUNMASI ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİLDİ

Next Post

Sülh və Demokratiya İnstitutunun təşəbüsü ilə keçirilmiş mətbuat komfransı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.