ZAHİDOV QARDAŞLARININ ATALARININ YAS MƏRASİMİNDƏ İŞTİRAKINA ŞƏRAİT YARADILIB-YARADILMAYACAĞI SUAL ALTINDADIR

Yanvarın 11-də “Azadlıq ” qəzetinin baş redaktoru Qənimət Zahidov (Zahid) və “Azadlıq ” qəzetinin əməkdaşı, satirik yazar Sakit Zahidovun (Mirzə Sakit) atası Səlim Zahidovun vəfat etməsinin qırxıncı günü tamam olacaq.

Amma hələ ki, məhbus jurnalistlərin atalarının yas  mərasiminə buraxılıb-buraxılmayacaqları məlum deyil.
Belə ki, bu gün (5 dekabr) Ayəndə Mürsəliyeva həyat yoldaşı Qənimət Zahidovla görüşüb. Bu barədə A. Mürsəliyeva RATİ-yə özü məlumat verib: ”Qənimətin yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa  buraxılması üçün müraciət etmək fikri yoxdur. Onun fikrincə bu kimi məsələlərə görə, müraciət etməyə ehtiyac yoxdur, əgər istəsələr onu da qardaşını da azad edəcəklər”.
Sakit Zahidovun isə atasının yas  mərasimində iştirak etməsi üçün müvəqqəti azad olunması barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edib-etməyəcəyi bilinmir. Onun həyat yoldaşı Rəna Zahidovanın  RATİ-yə bildirdiyinə görə, çərşənbə günü S. Zahidovla görüşəcək və jurnalistin məsələ ilə bağlı hansı  fikirdə olduğunu da öyrənəcək.
Qeyd edək ki, Zahidovların atası Səlim Zahidov dekabrın 1-ə keçən gecə vəfat edib. Dekabrın 2-dən 3- nə keçən gecə Qənimət Zahidov və  Sakit Zahidov atalarının yas mərasimində iştirak etmək üçün həbsxanadan qısa müddətə azadlığa buraxılıblar, dekabrın 8-də isə onlar cəza çəkdikləri  cəzaçəkmə müəssisələrinə qaytarılıblar.
Xatırladaq ki, Qənimət Zahidov xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərbə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunub. 2008-ci  il martın 7-də 4 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb. Sakit Zahidov  Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Satirik 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub. Hazırda onun cəzasının bitməsinə təxminən 5 ay qalır.
Previous Post

MƏTBUAT ŞURASI “SƏS” QƏZETİ BARƏDƏ QƏRAR ÇIXARIB

Next Post

BEYNƏLXALQ İCTİMAİYYƏT “AZADLIQ”, “AMERİKANIN SƏSİ” VƏ BBC RADİOLARININ FM DALĞASINDA YAYILMASINI QADAĞAN EDƏN QƏRARI QINAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.