MƏTBUAT ŞURASI “SƏS” QƏZETİ BARƏDƏ QƏRAR ÇIXARIB

Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclasında (26.12.08) RATİ sədri Emin Hüseynovun “Səs” qəzeti ilə bağlı etdiyi şikayətinə baxılıb və müvafiq qərar çıxarılıb.

Bu barədə MŞ-dan RATİ-ə daxil olan məktubda bildirilib.
Belə ki, E. Hüseynov 20 iyun 2008-ci il tarixində “Səs” qəzetində dərc olunmuş “Emin Hüseynovun missionerlərlə iş birliyi sübuta yetirildi” başlıqlı məqalədə özü və rəhbərlik etdiyi təşkilat barədə həqiqətə uyğun olmayan məlumatların əks olunması, yazının jurnalist etikasından kənar və qərəzli olduğu, yazı yazılarkən tərəfsizlik prinsiplərinə əməl olunmadığını əsas gətirərək MŞ-a şikayət etmişdi. Şuranın İdarə Heyətinin  iclasda bu məsələyə baxılıb və “Səs” qəzetinə RATİ sədri E. Hüseynovdan üzr istəmək, təkzib və ya qarşı tərəfin mövqeyini əks etdirən yazı dərc etmək tövsiyə edilib və bu qərarın qəzetin növbəti sayında dərc edilməsi barədə qərar qəbul edilib.
Previous Post

FM DALĞALARI ALINMIŞ XARİCİ RADİOLARI NECƏ DİNLƏMƏK OLAR?

Next Post

ZAHİDOV QARDAŞLARININ ATALARININ YAS MƏRASİMİNDƏ İŞTİRAKINA ŞƏRAİT YARADILIB-YARADILMAYACAĞI SUAL ALTINDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.