İnternet haqqında yeni qanunun qəbulu nəticəsində Azərbaycan Söz Azadlığı sahəsində geriləyir

321958-facebook-1326655217-375-640x480

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)Astara Rayon Məhkəməsi tərəfindən böhtan ittihamı ilə Facebook istifadəçisinə qarşı çıxarılmış hökmü pisləyir, Azərbaycan hökumətini bu hökmü, həmçinin özünü-senzuraya səbəb olmaqla ifadə azadlığını məhdudlaşdıran diffamasiya müddəalarını ləğv etməyə çağırır.

Belə ki, iyulun 30-da Mikayıl Talıbov “Accessbank”-ın fəaliyyətini tənqid etmək məqsədilə yaratdığı “Accessbank-Haqsızbank” Facebook səhifəsində paylaşdığı “böhtan xarakterli” şərhlərə görə cinayət məcəlləsinin 147.1 maddəsinə (böhtan) görə təqsirli bilinib və bir il müddətinə islah işləri cəzası verilib.

Hökmün cinayət məcəlləsində nəzərdə tutulan böhtan müddəasını onlayn məzmuna da şamil edən qanunun qəbulundan bir aydan az müddət sonra çıxarılması hadisəyə aparıcı hüquq müdafiəçilərinin diqqətini cəlb etmişdir.

“İnternetin tənzimlənməsi bütün dünyada yayılmış tendensiyadır, amma tənqidi fikirlərin təqib edildiyi Azərbaycanda, bu repressiv rejim tərəfindən ifadə azadlığına qarşı dövlətin silahı kimi istifadə oluna bilər”, -deyə RATİ-nin icraçı direktoru və sədri Emin Hüseynov qeyd edib.

147 və 148-ci maddələr internetdə kiminsə yanlış olduğunu bilərək böhtan xarakterli məlumat yaymasına (maddə 147, böhtan), və ya şəxsin şərəf və ləyaqətinin nalayiq formada alçaldılmasına (maddə 148, təhqir) görə cinayət məsuliyyəti nəzərdə tutur.

Bu maddələrə görə  3 il müddətinə azadlıqdan məhrumetməni nəzərdə tutan hökm də çıxarıla bilər.

Azərbaycan hakimiyyətinin “İnsanların yalan məlumatlardan, yəni hörmətdən salınmadan qorunması”[1] üzərində fokuslaşmış əsaslandırması mülki məsuliyyətə haqq qazandırır, ancaq cinayət sanksiyasına olan zərurətin nədən irəli gəldiyini açıqlamır.

“Böhtana görə mülki məsuliyyət nəzərdə tutula bilər, cinayət məsuliyyəti yox. Böhtan bəyanatları ilə mülki məhkəmələr məşğul olmalıdır”,-deyə  Emin Hüseynov əlavə edib.

RATİ xatırladır ki, asayişi qorumaq, hərc-mərcliyin və təxribatın qarşısını almaq üçün başqa vasitələr var. Belə ki, Mülki Məcəllənin 23-cü maddəsinə görə, barəsində şərəf və ləyaqətini, eyni zamanda işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibini tələb etməklə  yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

“Şübhəsiz ki, vətəndaşlar təhqir və böhtandan müdafiə olunmalıdır. Böhtan xarakterli şərhlər yazan şəxslər münasib kompensasiya ödəməlidirlər, ancaq heç bir halda cinayət məsuliyyətinə cəlb olunmamalıdırlar”, deyə Hüseynov qeyd edib.

“Azərbaycan hakimiyyəti konstitusiyaya və ifadə azadlığına dair beynəlxalq standartlara zidd olan arxaik böhtan müddəalarını ləğv etmək üçün dərhal islahatlara başlamalıdır”, deyə Hüseynov bildirib.

RATİ böhtan kimi köhnəlmiş hüquqi müddəaların jurnalistlərin susdurulması üçün istifadə olunmasına qarşı davamlı olaraq  narahatlılığını bildirir və Azərbaycanı regiondakı digər dövlətlərin nümunəsini əsas götürərək böhtanı dekriminallaşdırmağa və böhtan hallarında mülki proseslərə müraciət etməyə səsləyir.



[1] Baxın: “Mahmudov və Ağazadə və Fətullayev Azərbaycana qarşı” işi üzrə Azərbaycanın Azərbaycanın Avropa Şurası Nazirlər Kabineti ilə kommunikasiyası (Müraciət №35877/04 və №40984/08) https://wcd.coe.int/com.instranet.InstraServlet?command=com.instranet.CmdBlobGet&InstranetImage=2297362&SecMode=1&DocId=2019084&Usage=2 ;  və Azərbaycan hökumətinin Avropa Şurası İnsan Hüquqları Komissarı Nils Muizniksin Azərbaycana 22-24 may tarixli səfərindən sonra dərc etdiyi hesabat haqqında şərhləri https://wcd.coe.int/ViewDoc.jsp?id=2089199&Site=COE&BackColorInternet=B9BDEE&BackColorIntranet=FFCD4F&BackColorLogged=FFC679

Previous Post

Müxalif qəzetin saytına haker hücumu edilib

Next Post

Beynəlxalq təşkilatlar Xədicə İsmayılova üçün ədalət tələb edir

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.