Müxalif qəzetin saytına haker hücumu edilib

“Azadlıq” qəzetinin saytı haker hücumuna məruz qalıb. Bu barədə bu gün (14 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin internet saytının  veb-redaktoru Alı Rza məlumat verib. Qəzetin veb-redaktoru Alı Rzanın sözlərinə görə, DDOS tipli haker hücumu dünən günorta saatlarından başlayıb.

“Hücumu saytın yerləşdiyi serverin təhlükəsizlik xidməti qeydə alıb və bu barədə saytın administratorlarına xəbər verib.  Saniyədə 500MBS sürətlə minlərlə İP-dən sayta hücumlar təşkil olunur. Hücum müddətində sayta hətta saniyədə 6000 qoşulma da qeydə alınıb. Hücumların qarşısını tam almaq mümkün olmasa da, serverin təhlükəsizlik mütəxəssisləri saytın fəaliyyətini qoruya bilib”, -deyən veb redaktor  mütəxəssislərin  hücumu dəf etməyə çalışdıqlarını və hələlik saytı açmaq üçün ünvanın qarşısında www yazmaqla (www.azadliq.info) sayta girişin mümkün olduğunu bildirib.

Previous Post

Jurnalistin həbs müddəti daha 3 ay uzadıldı

Next Post

İnternet haqqında yeni qanunun qəbulu nəticəsində Azərbaycan Söz Azadlığı sahəsində geriləyir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.