ŞAHİDLƏR ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNƏ GƏLMƏDİLƏR

Oktyabrın 16-da Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə növbəti proses keçirilib.


Şahidlərin məhkəmə prosesinə məcburi gətirilməsi barədə qərar olmasına baxmayaraq, onlar prosesə gəlməmişdilər. Hakim, yalnız şahid Aydın Heydərovun səhhəti ilə bağlı müraciət etdiyini bildirib və əlavə edib ki, digər şahidlərin  gətirilməsi üçün yenidən zəruru addımlar atılacaq.
Əvəz Zeynallı onun barəsində prokurorluğa şikayət edən Gülər Əhmədovanın məlum video qalmaqalına görə istintaqa cəlb olunmasını əsas götürərək, bəraətverici əsaslarla işə xitam verilməsini istəyib. Daha sonra Zeynallı  şahidlərin cinayət işindəki ifadələri  ilə müstəntiq Qalib Qasımov tərəfindən fləş-kartda vəkillərə verilmiş  materiallar arasında fərq olduğu üçün müstəntiqin məhkəməyə çağırılması, ziddiyyətli olduğu üçün şahid ifadələrinin işdən çıxarılması və müstəntiqin qanunsuz hərəkəti ilə əlaqədar xüsusi qərardad çıxarılmasını, həmçinin şahid ifadələrinin surətinin ona təqdim olunması ilə bağlı vəsatət verib.  
Digər bir vəsatətində isə baş redaktor yarımçıq ifadə vermiş və məhkəməyə gəlməkdən imtina edənlərin şahidlər siyahından çıxarılmasını xahiş edib.
Hakim yalnız  şahid ifadələrinin surətinin Əvəz Zeynallıya verilməsi barədə vəsatəti təmin edib.
Növbəti proses 18 oktyabr saat 10.00-a təyin edildi.
    Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) və 311.3.4-cü (Hədə qorxu tətbiq olumaqla rüşvət alma) maddələri ilə ittiham edilir.

Previous Post

PARTİYALARA 2 MİLYON MANAT AYRILACAQ

Next Post

QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI HƏBS EDİLƏN JURNALİSTLƏR ZORAKILIĞA MƏRUZ QALIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.